RU

“Sabah” yerli, “Gəncə” və “Şəki” legioner oyunçularla gücləndi

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə hazırlaşan “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Ramiz Quliyevi heyətinə cəlb edib. Son klubu “Sərhədçi” olan 22 yaşlı basketbolçu qarşıdakı mövsümün sonuna kimi “Sabah”ın uğurları üçün çalışacaq.

Azərbaycan Basketbol Liqasında mübarizə aparan digər klublar da heyətlərinə yeni oyunçular qatıblar. Belə ki, “Sumqayıt” kanadalı forvard Ali Akim Tayger Klarkla 1 illik müqavilə imzalayıb.

26 yaşlı oyunçunun boyu 208 sm-dir. O, buna qədər Kanadanın “Toronto Metropoliten University” və Amerika Birləşmiş Ştatlarının “Vestern Oklahoma Steyt Kollekt” komandalarında çıxış edib.

“Sumqayıt” bunadək amerikalı Derrik Nyuton, Calen Houkins, Ceylon Klark, Kaelen Meloun və rusiyalı Andrey Moteyunası da heyətinə qatmışdı.

“Gəncə” də heyətinə yeni basketbolçu qatıb. Əyalət klubu amerikalı Corc Deven Petersonla anlaşıb. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 188 sm boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində “Hanoy Baffalos” klubunun şərəfini qoruyub.

“Şəki” də heyətini yeni legionerlə gücləndirib. Sözügedən komanda amerikalı Roti Veyrlə müqavilə imzalayıb. 25 yaşlı oyun qurucusu ilə mövsümün sonuna kimi komandada çıxış edəcək. Veyr “Şəki”də 2 nömrəli formada çıxış edəcək. O, ötən mövsümü Kipr çempionatında keçirib.

“Şəki” bundan əvvəl Kris Barton, Karl Conz, Aleks Koldvell və Coş Robinson kimi əcnəbiləri heyətinə cəlb etmişdi.

Избранный
40
arena.az

1Источники