RU

Zəfər xronikası. 7 oktyabr 2020-ci il: Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

- Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoşgəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bumüsahibəni verdiyiniz üçün təşəkkür edirik. Mən vaxt itirmədəndərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyətnecədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nəqədər torpaq azad olundu?

- Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazibütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq birşəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onugöstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bizbunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır!Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyəgətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycantəkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.

Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizəqarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz,kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslərarasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistansilahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur vəminə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hərşey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icraolunacaqdır.

- Yenə də əməliyyat zonasındakı proseslərə qayıtmaqistəyirəm, cənab Əliyev. Bildiyimiz kimi, Ermənistan ordusumünaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistikraketlərlə hədəfə almağa başlayıb. Xüsusilə, Azərbaycanın ikinciböyük şəhəri olan Gəncədəki yaşayış məntəqələrini, Mingəçevirdəkielektrik stansiyasını ballistik raketlərlə hədəfə aldı. Sizcə,bunun məqsədi nə idi?

- Məncə, Ermənistan ordusunun acizliyi və Ermənistanınhərbi-siyasi rəhbərlərinin cinayəti. Çünki mülki şəxslərə zorakılıqgöstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülkişəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki,Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşüuduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşımaksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əlatır. Siz də qeyd etdiyiniz kimi, Gəncə, Mingəçevir döyüşbölgəsindən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüşbölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxınbölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minəqədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşıtörədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşistmahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaqbu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. Obölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəmdayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlartezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaqvə ordumuza mənəvi dəstək verəcəklər.

- Ermənistanın mülki yaşayış məntəqələrini atəşə tutmağadavam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklikolacaqmı?

- Xeyr, bizim mövqeyimizdə heç bir dəyişiklik olmamalıdır. Bizimmübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfəaçıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazibütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, buistiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülkiəhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bugünlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur.Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizimvətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayanermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimizhərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tamhüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza,şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki,onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.

- Ermənistanın ballistik raketlərlə mülki yaşayışməntəqələrini atəşə tutması, əslində, müharibə cinayəti, CenevrəKonvensiyasına zidd bir hərəkətdir. Bu baxımdan müharibəcinayətlərinə dair BMT qarşısında bir təşəbbüs irəli sürməyidüşünürsünüzmü? Hadisə yerlərində bu cinayətlərin törədilməsinədair sübutlar toplayırsınızmı?

- Təbii ki, toplayırıq. Onların bütün hərbi cinayətləri artıqqeydə alınır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bundanəvvəlki dövrdə Azərbaycana və xalqımıza qarşı edilən müharibəcinayətlərinə səssiz qalmışdır. Xocalı qətliamı dünyanın gözüönündə baş vermiş soyqırımıdır. Amma Ermənistanın ovaxtkıhərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Bizimşəhərlərimizin, kəndlərimizin dağıdılması, bir milyondan çoxməcburi köçkünün yaranması - bütün bunlara görə beynəlxalqictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələuzun illərdir öz həllini tapmır. Çünki işğalçı ilə işğala məruzqalan arasında heç bir fərq qoyulmur. Bu gün də erməni silahlıqüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi atəşə tutması, özüdə ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Bunagörə, əlbəttə ki, Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır vədaşıyacaqdır.

-Bu günə qədər Sizə bir neçə dəfə atəşkəs çağırışıedildi. Siz bunlara şəxsən cavab verdiniz. Amma münaqişənin 30illik tarixinə nəzər salarkən bu çağırışların nəticə verəcəyinidüşünürsünüzmü?

- Hesab edirəm ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışlarıolmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistanasanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiqedilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistanaqarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Ammatəəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heçbir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundanəlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həmtəcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarladanışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu.“Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaqdeməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki,işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycanaqaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “QarabağErmənistandır” demək faktiki olaraq bu prosesə son qoyur. Bunaoxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında ErmənistanAzərbaycana dövlət sərhədi istiqamətində hücum etdi, bir çox hərbçivə bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası şərtlərlətəmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı qüvvələrininişğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizətəqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq özmövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, butəkliflər cavabsız qalmayacaq.

-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minskqrupundan söz düşmüşkən, düşünürəm Fransanı da ayrıca qeyd etməklazımdır. Fransanın bu məsələdəki mövqeyi ilə bağlı nə deyəbilərsiniz?

-Mən artıq bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdim.Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gündə belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələrbitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əkstəqdirdə onların vasitəçilik missiyası sual altına düşür. Sonhadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəqolmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür.Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər vəedir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilərtəşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyasıaparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələrtərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları başverdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik.Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonraməşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heçbir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinəhesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun.Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.

-Fransa prezidenti Emmanuel Makronun nə üçün üzristəməsinin gərəkliyini söylədiniz?

-Siz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmiaçıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiyə birlikdəbölgəyə terror qruplarının nümayəndələrini gətirib. Halbuki bununheç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu günəqədər bizə heç bir sübut verilməyib. Bu, bizə qarşı edilənhaqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır.Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi,ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərəm. Hər halda, hərbir ölkə özünü müdafiə etməlidir. Bizə qarşı edilən haqsızlıq təbiiki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik.Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan DağlıqQarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamiləzidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizimtorpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cürsözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır.Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarındandidərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar,Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın ərazibütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir.

-Qara təbliğatdan söz düşmüşkən, Azərbaycan əks-hücumubaşlayandan bəri Azərbaycana qarşı, xüsusilə sosial mediada qaratəbliğat aparılır. Bununla bağlı nə deyə bilərsiniz? Əlinizdə bunadair nə kimi faktlar var?

-Bilirsiniz, bizə qarşı qara təbliğat uzun illər ərzindəaparılır. Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki,Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizimsiyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Bizbaşqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik vəolmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrəəldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır.Baxın, bizim beynəlxalq əlaqələrdə böyük uğurlarımız var. Bu günAzərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimitanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinciböyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu günAvropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerjikörpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasətsayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəziölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaqbizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olantəzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasətaparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq,heç kimin qarşısında baş əymirik. Digər səbəblər də var. Bu, çoxuzun bir söhbətdir, ayrı müsahibənin mövzusu ola bilər. Buhadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qaratəbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrindairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanınimici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayanyalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişəilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın.

Biz, əlbəttə ki, bizə ünvanlanan bu ittihamlarla təkbaşınamübarizə apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim dəimkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir.Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları dahaçox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalanməlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaşTürkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki,onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləriçatdırır, canlı efirdə məlumatlar verirlər - dağıdılmış şəhərlər,düşən raketlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri.Yəni, daha çox Türkiyə media qurumları tərəfindən verilən buməlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrinyaranmasına xidmət göstərir.

-Cənab Əliyev, əməliyyat başlanmazdan bir neçə gün əvvəlABŞ-da - Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən liderlərəçağırış etdiniz, dünyaya çağırış etdiniz. Həmin çıxışınızda bəziterrorçu qrupların Ermənistana göndərildiyini açıqladınız və buməsələyə diqqəti yönəltdiniz. Xüsusilə də bu məsələyə diqqətyetirilməsini vurğuladınız. Bu açıqlamanızdan üç gün sonraErmənistan Azərbaycana hücuma başladı. İndi bu məsələ ilə bağlıAzərbaycanın əlində hansı kəşfiyyat məlumatları var?

-Mən o çıxışımda, eyni zamanda, bildirmişdim ki, Ermənistan yenimüharibəyə hazırlaşır. Bizdə olan məlumat onu göstərir vəErmənistan dayandırılmalıdır. O ki qaldı, Ermənistanda terrortəşkilatlarının düşərgələrinin mövcudluğuna, bu məlumatlar bizdəəvvəldən də olub.

-Bunlar hansı terror qruplarıdır?

-İlk növbədə, PKK terror qruplarının düşərgələri AzərbaycanınErmənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdəolan yeni kəşfiyyat məlumatları, - bunların bir hissəsi artıqmətbuata da açıqlandı, - onların danışıqları, onların təmaslarıhaqqında artıq sənədlər və audioməlumat var. Bu, bizdə heç birşübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir.Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktıtörədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəmki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünyatərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdəterror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonrasərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün dəmüxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olanməlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayanermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistanaaxışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar.

- ATƏT-in Minsk qrupu mövzusuna təkrar qayıtmaqistəyirəm. Onun həmsədrlərindən biri də Rusiyadır. Rusiyadanbölgədə hansı gözləntiləriniz var?

-Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi təbii ki,vasitəçilik missiyasını icra edir. Bu məsələ ilə bağlı bizdə hərhansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiyatək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzuntarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həmErmənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu,çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki,Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələrdönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir.

-Cənab Prezident, İran bu məsələdə hansımövqedədir?

-İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-ikigün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki,işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpaedilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar.Bu da ədalətli mövqedir.

-Yaxşı, bəs, bu prosesdə ABŞ Prezidenti Donald Tramplahər hansı təmaslarınız oldumu? Siz ABŞ-ın bu prosesdə olmasınınvacibliyini düşünürsünüzmü?

- Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrləbirlikdə bu işlərdə iştirak edir. Amerika Prezidenti ilə mənim hərhansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəlirəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərinibildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli biraçıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimizuğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyətgöstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə dəbağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq.

-İyul ayında Ermənistan Tovuz şəhərinə hücum etdi. İndibu əməliyyat vaxtı yenə də mülki yaşayış məntəqələrini vurur. BunuErmənistanın Azərbaycanı təxribata çəkmək üçün etdiyini bir qədərəvvəl demişdiniz. Təxribata çəkməkdən başqa, bu məntəqələrin,xüsusilə də Tovuz şəhərinin, Mingəçevirdəki elektrik stansiyasınınhədəfə alınması, bu kimi hədəflərin vurulması, əslində, regiondakıenerji təhlükəsizliyini də təhlükə altına alırmı? Bu, enerjixətlərinin hədəfə alınması anlamına gəlirmi? XüsusiləBakı-Tbilisi-Ceyhan neft boru kəmərini, TANAP layihəsini nəzərdətuturam. Bunlarla bağlı nə deyə bilirsiniz?

-Təbii, bu da Ermənistanın hədəflərindən biridir. Bunu onlargizlətmirdilər və eyni zamanda, bu hadisələrə qədər Ermənistanrəhbərliyi tərəfindən verilən açıqlamalarda göstərilmişdir ki,onlar bizim strateji enerji infrastrukturumuzu vurmaqfikrindədirlər. Boru xətlərini, eyni zamanda, Səngəçal neft-qazterminalını, hansı ki, dünya miqyasında ən böyük neft-qazterminallarından biridir. Əslində, Tovuz hadisələrininsəbəblərindən biri də məhz bu idi - yeni Azərbaycan torpaqlarınıişğal etmək, ondan sonra müzakirə masasında öz mövqelərinigücləndirmək, eyni zamanda, bizim strateji enerji xətlərimizə yayaxınlaşmaq, ya da ki, onları nəzarət altına almaq və ondan sonrabizə diktə etmək. Bu, erməni dövlətinin planlarında hər zaman olanbir məsələdir. Onlar bunu gizlətmirlər. Mingəçevir elektrikstansiyasının vurulması da bu planın bir tərkib hissəsidir. ÇünkiMingəçevir stansiyası nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ənböyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər ərzində bir çoxstansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim ən böyükstansiyamızdır və ölkəmizin böyük hissəsinin elektrik enerjisini o,təmin edir. Əgər o sıradan çıxsaydı, təbii ki, enerji məsələlərindəmüəyyən problemlər yarana bilərdi. Bu gün Azərbaycan həm xam neft,həm təbii qaz, həm də elektrik enerjisi ixrac edir. Yəni, bizdəistehsal olunan elektrik enerjisinin artıq hissəsini ixrac edirik.Bu, bizim iqtisadi potensialımıza hesablanan bir addım idi və birdaha Ermənistanın, Ermənistan rejiminin cinayətkar mahiyyətinibütün dünyaya göstərir.

-Cənab Əliyev, Dağlıq Qarabağda nə qədər Azərbaycanəhalisi yaşayır?

-Dağlıq Qarabağda bu gün bir dənə də azərbaycanlı yoxdur, hamısıqovuldu. Həm Dağlıq Qarabağ ərazisindən, həm də ki, DağlıqQarabağın, - Dağlıq Qarabağ bir muxtar vilayət idi sovetlərdönəmində, - ətrafındakı 7 rayondan da bütün azərbaycanlı əhaliqovuldu. Sovetlər dönəmində, 1980-ci illərin sonunda DağlıqQarabağın əhalisinin yüzdə 25-i azərbaycanlılar idi. Şuşa şəhərininəhalisinin 98 faizi azərbaycanlılardan ibarət idi. Şuşa bizim qədimtarixi şəhərimizdir. Birinci mərhələdə bütün azərbaycanlılarŞuşadan, sonra Xankəndidən, digər şəhər və kəndlərdən, daha sonraDağlıq Qarabağın ətrafında olan yeddi bölgədən qovuldu. Bu günDağlıq Qarabağda və işğal altındakı ətraf bölgələrdə Azərbaycanəhalisi yoxdur. Biz indi qayıdacağıq. Biz dörd il bundan əvvəlartıq qayıdışa başlamışıq. Ancaq indiki toqquşmalar başa çatandansonra biz əlbəttə ki, o bölgələrə qayıdacağıq.

-Azərbaycanlılar işğal altındakı Qarabağ torpaqlarındanqovuldu dediniz. Amma hazırda Azərbaycanın digər torpaqlarında daçoxlu sayda erməni əhali yaşayır. Bununla bağlı nəsöyləyərdiniz?

- Bu da təbiidir. Çünki Azərbaycanda bir çox millətlər yaşayır,bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikulturalölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eynizamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalqtəşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dinidözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməniyaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlərkimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başaçatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayanermənilər də bizimlə bərabər yaşayacaqlar. Azərbaycan çoxmillətliölkədir, tarixən belə olub. Hesab edirəm ki, bu, bizim böyüküstünlüyümüzdür.

Amma Ermənistanda heç bir başqa millət yaşamır. Ermənistan dünyamiqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsandoqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlknövbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlərqovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki,irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşayabilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zorgücü ilə çıxarılır.

-Cənab Prezident, bir neçə sualım qaldı, icazənizlə,onları da söyləyim. Bir daha əməliyyat zonası ilə bağlı mövzuyaqayıdası olsaq, xüsusən pilotsuz uçuş aparatlarının və silahlıpilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxiledilməsi necə bir fərq yaratdı?

- Çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlıpilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasındayaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, beləimkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi,həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, beləimkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın,əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadanvurulan həmin tankları, topları və digər erməni texnikasını bizgərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxarabilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsiüçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyasımükəmməldir.

-Hava hücumundan müdafiə sistemlərindən söz düşmüşkən,Ermənistan tərəfində xüsusən Rusiyadan alınan müasir havahücumundan müdafiə sistemləri var – S-300-lər kimi. HəmçininAzərbaycan Ordusunda da müdafiə sistemləri var, ancaq bu silahlaryoxdur. Sizcə bu, ikili standart yaradırmı?

- Xeyr, bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onlarıRusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heçbir məhdudiyyət yoxdur. Ona görə ikili standartlardan danışabilmərəm. Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və buda çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuzalır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma okredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalısilahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahibolması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdançözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanmasıonlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədisaxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız varki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlaralırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəziölkələr var ki, onlar bizə embarqo qoyublar, ancaq bu, bizə o qədərdə böyük problem yaratmır. Çünki indi silah bazarı daha çoxşaxələnmiş bazardır, coğrafiyası da genişlənir. Mən bu yaxınlardademişəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişafedir ki, ümid edirəm, gələcəkdə bizim Türkiyə silahları ilətəchizatımız daha da yüksək səviyyəyə qalxacaqdır.

-Bizim burada diqqətimizi çəkən bir məsələyə toxunmaqistəyirəm. Hara getsək - Bakıda və ya münaqişə bölgəsindəkişəhərlərdə, Tərtərdə, hər yerdə Azərbaycan bayraqlarının yanındaTürkiyə bayraqlarını da görürük. Bununla bağlı nə söyləməkistərdiniz.

- Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçüntəkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaşölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizimüçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbiiki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənabPrezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları,Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublardainsanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyəolan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütünbölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır.Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqlarıbir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çoxduyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız oradaavtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları iləbəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. AzərbaycanıTürkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni dəAzərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyüksərvətimizdir.

-Son sualımı ünvanlayacam, cənab Prezident. Hazırdaqarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı,ona nə söyləyərdiniz?

- Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrləgörüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonrabizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbətolmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimiErmənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişiklikləredəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülhgəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermişbir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək.Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa,Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdimki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbətidi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraqatəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki ilərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minskqrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaqsonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesabedirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz.Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözləryalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə”deməsi müzakirələrə faktiki olaraq son qoydu. Ondan sonra digərtəxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağlıq Qarabağla,yəni qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlaraparmalıdır kimi bəyanatlar verildi. Bu da danışıqlar formatınavurulan zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinəçıxmışdır. Sonra iyul ayında Tovuzda hərbi təxribat törətdilər,avqustda təxribat qrupunu göndərdilər və keçən ay artıqgenişmiqyaslı hücum həyata keçirdilər. Ona görə mən ona bütünsözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar özhökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşindayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, özövladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycanagöndərməsinlər. Çünki bu gün qondarma “Dağlıq Qarabağrespublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşlarıtəşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçünErmənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizəqarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bugün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra dayaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hərşeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğaledilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər dəyaxşı olacaq.

-Cənab Prezident, bu tarixi günlərdə, döyüşlərin davametdiyi bir vaxtda çox önəmli açıqlamalar verdiniz. Müsahibə üçünbir daha CNN Türk televiziyası adından çox təşəkküredirəm.

-Mən də sizə təşəkkür edirəm, CNN Türk televiziyası demək olarki, hər gün gözəl reportajlar yayımlayır. Studiyalarda canlımüzakirələr təşkil edilir, bu müzakirələrə önəmli insanlar qatılır.Azərbaycana göstərilən birmənalı dəstəyə görə kanalınızatəşəkkürümü bildirirəm. Türkiyənin bütün media toplumunatəşəkkürümü bildirirəm ki, onlar bu ağır günlərdə bizimlə biryerdədirlər.

-Çox sağ olun, bir daha təşəkkür edirəm.

- Sağ olun, təşəkkür edirəm.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
83
5
az.trend.az

1Источники