RU

Balakişi Qasımov PFL-ə prezident axtarır

AFFA rəhbərliyi öz yarıtmaz fəaliyyətini qaydasına salmaq əvəzinə, futbolda həqiqətən ortaya iş qoyan bir qurumun uğurundan narahatdır. Peşəkar Futbol Liqasına (PFL) müdaxlə edə bilməyən qurum onun rəhbərini dəyişməyə cəhd edir.

Bildyiniz kimi, PFL prezidenti Elxan Səmədov bu posta yeni AFFA rəhbərliyindən öncə gəlib. Qısa müddətdə əla komanda yığan funksioner, məhdud büdcə ilə əla sistem quraraq vacib layihələr reallaşdırıb. Ölkədə klub futbolunda nizamlı təşkilatlanma varsa, uşaq liqalarından fərqli olaraq 3 peşəkar liqa yüksək səviyyədə təşkil olunursa, buna görə PFL-ə alqış düşür.

Lakin görünür belə vəziyyət PFL-in əla işi qarşısında bərbad fəaliyyəti ifşa olunan AFFA rəhbərliyinə sərf etmir. Ona görə də Səmədova xələf axtarışı başlayıb.

Əslində, bu posta yeni təyinat daha öncə reallaşmalı idi. Amma PFL-in rəhbər heyətinin məlum avtoqəzaya düşməsinə görə proses yubandı. Səmədov uzun müalicədən sonra yenicə özünə gəlməkdədir və AFFA rəhbərliyi beynində qurduğu planı reallaşdırmaq istəyir. Bu məsələdə əsas təşəbbüskar vitse-prezident Balakişi Qasımovdur. Rövşən Nəcəflə mübarizədə uduzan, milli komandaya, Hakimlər Komitəsinə təyinatlarda ofsayda düşən bu şəxs ən azı klub futboluna özü nəzarət etmək istəyir. Bu səbəbdən Səmədovun yerinə öz kadrlarından birini yerləşdirmək üçün çalışır.

Belə bir şey olarsa, Azərbaycan futbolunda yaxşı fəaliyyətinə görə gələcəyə ümid etdiymiz daha bir qurum digərlərinə bənzəməyə başlayacaq. Səmədov və komandası elə bir işlək mexanizm qurub ki, qəzadan sonra PFL faktiki olaraq başsız qalsa da, işdə heç bir büdrəmə hiss olunmadı. Bu müddətdə PFL adına mənfi sayıla biləcək yeganə məqam çempionatda çoxalan təxirəsalmalar, komandaların stadion dəyişmələridir ki, bunun da günahkarı elə sifarişi verən AFFA rəhbərliyidir.

ABBAS

Избранный
64
futbolinfo.az

1Источники