RU

Tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanın mühüm tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir

Bakı. Trend:

Tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanınregional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərinigücləndirir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrininbirinci müavini Bəhruz Quliyev "Kiçik və Orta Biznes (KOB) üçünimkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilənAzərbaycan Ticarət Forumunda bildirib.

B.Quliyev komitənin işinin prosedurların şəffaflığının təminedilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və sahibkarlarilə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli mühitinyaradılmasına yönəldiyini vurğulayıb.

"Bizim prioritet istiqamətlərimizdən biri gömrükəməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılmasıdır ki, buda xərcləri azaltmağa və proseslərin operativliyini artırmağa imkantanıyır. Biz innovativ həlləri və müasir risk idarəetmə metodlarınıtətbiq edirik ki, bu da artıq gömrük prosedurlarının böyükhissəsinin avtomatlaşdırılmasına imkan yaradıb", - B.Quliyev qeydedib.

O, əsas layihələrdən biri kimi yeni elektron xidmətlərintətbiqini və rəqəmsal infrastrukturun inkişafını vurğulayıb vəbunun sayəsində Azərbaycanın gömrük nəzarət sisteminin ən qabaqcılvə istifadəçilər üçün rahat sistemlərdən birinə çevrildiyinibildirib.

"Bizim təşəbbüslər çərçivəsində ölkənin tranzit potensialınıninkişafına xüsusi diqqət yetirilir. Tranzit prosedurlarınınelektronlaşdırılması və beynəlxalq sistemlərdə iştirak Azərbaycanınregional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərinigücləndirir", - o əlavə edib.

B.Quliyev, həmçinin, komitənin xarici investisiyaların cəlbedilməsi, qeyri-neft ixracının stimullaşdırılması və Azərbaycanmallarının xarici bazarlardakı mövcudluğunun genişləndirilməsi üçünəlverişli şəraitin yaradılmasına yönəldiyini vurğulayıb.

"Bu baxımdan, gömrük prosedurlarının sadələşdirilməsi və milliistehsalın rəqabət qabiliyyətinin artırılması layihələri həyatakeçirilib. Biz gömrük xidmətinin yalnız beynəlxalq standartlarauyğun olmasını deyil, həm də gömrük idarəçiliyi sahəsində yenimeyarlar müəyyən etməsini, ticarətin sərbəst və təhlükəsiz şəkildəhəyata keçirilməsi üçün şərait yaratmağı hədəfləyirik", - BəhruzQuliyev qeyd edib.

Избранный
22
az.trend.az

1Источники