RU

Sədr: KOB-ların 30 faizi ticarət sektorunda çalışır

Sədr:

Bakı, 7 oktyabr, AZƏRTAC

Bugünkü müzakirələr çox əhəmiyyətlidir. Xüsusilə də ticarət sektoru KOB-ların geniş təmsil olunduğu sahələrdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışçılar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə hazırda KOB-ların təqribən 30 faizi ticarət sektorunda çalışır.

“2018-ci ildən KOB-ların sayında dinamik inkişaf müşahidə olunur. Həmçinin xarici ölkələrlə əməkdaşlıq sahəsində də KOB-ların rolu artmaqdadır. Bu da sözügedən sektorun böyük potensiala malik olduğunu göstərir”, - deyə Orxan Məmmədov vurğulayıb.

Избранный
15
1
azertag.az

2Источники