RU

Polisi vurub qaçan sürücünün yetkinlik yaşına çatmadığı üzə çıxıb – FOTO

Türkiyədə polisi vurub qaçan sürücünün 16 yaşı olduğu üzə çıxıb.

Medianews.az xəbər verir ki, bu barədə sözvü.com məlumat yayıb.

Batmanda yol polis sürücülər arasında reydi apararkən avtomobili saxlamaq istəyib.  Lakin avtomobilin sürücüsü “saxla” xəbərdarlığına tabe olmayıb, motosikletli polis əməkdaşını vuraraq qaçıb.

Xəbər üzərinə hadisə yerinə təcili tibbi yardım və polis çağrılıb.

İlkin tibbi yardımdan sonra xəsarət alan polis əməkdaşı təcili yardımla xəstəxanaya göndərilib. Xəstəxanada müalicə alan polis məmurunun qolu sınıb, başında qan axdığı, ancaq həyatının təhlükədə olmadığı öyrənilib.

Polis əməkdaşını vuraraq qaçan 16 yaşlı vəsiqəsi olmayan sürücü M.E.K. tutularaq nəzarətə alınıb.

Избранный
34
medianews.az

1Источники