Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan və Azərbaycanın XİN rəhbərləri arasında görüş planlaşdırılmır.
“İki sahil” xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan sözügedən iclasda iştirak etmək üçün Rusiyada səfərdədirlər.