RU

Prezidentə qarşı impiçment proseduru yenidən başlayır

Hakim “Gürcü arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduruna başlayır.

Oxu24.com Yenisabah.az-a istinadən xəbər verir ki, prosedur simvolik xarakter daşıyır, çünki yekun qərarı oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra növbəti parlament verməlidir.

Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Zurabişvili hökumətlə razılaşdırılmamış xarici səfərlər etməklə ölkə Konstitusiyasını pozmaqda davam edir. 

Gürcüstanda prezident seçkilərinin bu ilin noyabr-dekabr aylarında keçiriləcəyi gözlənilir.

Keçən ilin oktyabrında “Gürcü arzusu” Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa uğursuz cəhd etdi. Partiya onu prezident səlahiyyətlərini aşmaqda ittiham edib.

Избранный
7
2
oxu24.com

3Источники