RU

Salome Zurabişviliyə yenidən impiçment elan oluna bilər

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişvilinin xaricə razılaşdırılmamış səfərləri ilə əlaqədar impiçment proseduruna yenidən başlamaq niyyətindədir.

Editor.az bildirir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib. Deputatlar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Papuaşvili əlavə edib ki, Salome Zurabişvilinin Əsas Qanunu pozması rəsmən təsdiqləndikdən sonra yeni çağırış parlamenti ilk iclaslarda bu qərara dəstək üçün ən azı 100 səs toplayaraq ona impiçment elan edə biləcək. Parlamentin spikeri xatırladıb ki, xanım Zurabişvilinin prezidentlik müddəti bu il başa çatır, ona görə də onun impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması daha çox simvolik məna daşıyır.

Lakin gürcü xalqının Əsas Qanununun qəsdən, kobud və sistemli şəkildə pozulması cəzasız qala bilməz: “Konstitusiyanı pozan Salome Zurabişvili keçmiş prezident deyil, devrilmiş prezident olaraq qalmalıdır ki, bu, prezident kimi gələcəkdə belə özbaşınalığın qarşısının alınmasında və Gürcüstan demokratiyasının möhkəmlənməsində mühüm önləyici rol oynayacaq”, – Şalva Papuaşvili vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
14
1
editor.az

2Источники