RU

Poqba “Yuventus”dan ayrılmaq istəyir


İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba klubdan ayrılmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Onun sözlərinə görə, bu gün tərəflər əməkdaşlığın dayandırılması ilə bağlı danışıqlara başlayacaq.
31 yaşlı futbolçu azad agent olmaq istəyir və bunun karyerası üçün ən yaxşısı olduğuna inanır.
Digər tərəfdən, insayder Nikolo Şira Poqbanın karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-da davam etdirə biləcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Lozanna İdman Arbitraj Məhkəməsi Poqbanın dopinq testindən keçə bilmədiyi üçün 4 illik diskvalifikasiya müddətini 18 aya endirb. Beləliklə, Pol 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq, mart ayında isə oyunlara başlamaq hüququna malik olacaq.
Xatırladaq ki, Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Избранный
56
4
yeniavaz.com

6Источники