BP 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq məqsədindən imtina edib.

İndex.az xəbər verir ki, BP 2020-ci ildə elan etdiyi strategiya ilə 2030-cu ilə qədər hasilatı 40% azaltmaqla sektorun ən iddialı planlarından birini irəli sürdü.

Eyni zamanda şirkət bərpa olunan enerji mənbələrini sürətlə artırmağı öhdəsinə götürdü.

Lakin investorlar enerji keçidinə deyil, qısamüddətli gəlirlərə diqqət yetirdiyinə görə, BP 2030-cu ilə qədər gündəlik 2 milyon barel neft hasil etməyi qarşısına məqsəd qoyub və keçən ilin fevralında bu hədəfi 25%-ə endirib.

Yayılan məlumata görə, BP neft və qaz hasilatını artırmaq üçün Yaxın Şərq və Meksika körfəzinə yeni investisiyalar yatırmağı hədəfləyir.