RU

Zaxarova Qafqaz ölkələrini mübarizəyə çağırdı: “Kimin bıçağı varsa…”

Qərb Zaqafqaziyada xaos səpməyə çalışır, region ölkələri bu cəhdlərə qarşı mübarizə aparmalıdır.

Medianews.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bilavasitə NATO alyansına daxil olan kollektiv Qərb ölkələrinin bulanıq suda balıq tutmaq və bu arada o bulanıq suyu daha da bulanıqlaşdırmaq istəyinin daha çox olduğunu görürük. Bu təcrübələr ilk dəfə deyil. Hesab edirəm ki, regionun digər ölkələri də bunu tarixən yaxşı bilirlər. Ona görə də hər şeyi etmək lazımdır ki, davam edən bu ümumi qeyri-sabitlik Qərbin xaosa nəzarət etmək istəyi ucbatından dünyanın müxtəlif yerlərində artıq özünü büruzə versin ki, o, bizim ortaq regionumuza doğru hərəkət etməsin”,- diplomat bildirib.

O qeyd edib ki, region çox əziyyət çəkib, müxtəlif xalqların insanlarının qəlbində izlər buraxan çoxsaylı münaqişələrdən, hətta qanlı, amansız müharibələrdən keçib.

“Ona görə də kim istəsə, rahatlıqla gəlib, kömək etsə, dəstək olsa, hamımızın xoşbəxt olacağımızı düşünürəm. Amma kimin qoltuğunda daş, hətta bıçağı varsa, buradan, bölgəmizdən uzaqda qalsın. Biz burada sülhü qorumaq üçün o qədər güc sərf etmişik ki, növbəti belə halların qarşısını almaq üçün hər şeyi etməliyik”.

Ayşən

 

Избранный
15
medianews.az

1Источники