RU

"Unicapital" 2024-cü ili ilk 6 ayını xalis mənfəət ilə başa vurub

İnvestisiya xidmətləri göstərən "Unicapital İnvestisiya Şirkəti" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 13 min 544 manat xalis mənfəət ilə başa vurub. 

Bu barədə Marja.az Şirkətin yarımillik hesabatlarına istinadən xəbər verir.

Cari ilin ilk 6 ayında "Unicapital İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 2 milyon 373 min manat, o cümlədən faiz gəlirləri 634 min manat, komissiya gəlirləri 1 milyon 490 min manat, dilinq gəlirləri 235 min manat, digər gəlirləri 14 min manat təşkil edib. 

"Unicapital"ın qiymətli kağızlara investisiyaları 2,5 dəfə artıb. 2024-cü ilin yanvar ayının sonunda Şirkətin qiymətli kağızlar portfeli 10 milyon 27 min manat ikən, 30 iyun 2024-cü il tarixində 25 milyon 26 min manata çatıb. 

30 iyun 2024-cü il tarixində 45 nəfər işçisi olmuş "Unicapital İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i "Unibank Kommersiya Bankı" ASC-yə məxsusdur. 

mənfət gəlir dilinq unicapital investisiya xidmətləri
Избранный
48
marja.az

1Источники