RU

Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1160 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1340 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 662 min 970 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 7 tank, 47 artilleriya sistemi və 30 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
4
13
missiya.az

10Источники