Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bizim, özəlliklə də Amerika Birləşmiş Ştatlarının Konqresmenlərinə, Nümayəndələr Palatasının üzvlərinə və senatorlarına birbaşa müraciətlərimizə də ehtiyac var. Yeri gəlmişkən deyim ki, 60 nəfər senator və konqresmenin imzaladığı dövlət katibi Entoni Blinkinə ünvanlanan üç oktyabr tarixli müraciətlə də tanışam. Yəni orijinaldan onun tam mətnini oxumuşam. Həqiqətən də açıq şəkildə həyasızcasına Azərbaycana böhtanlar atırlar, Azərbaycanın insan haqlarını pozduğunu iddia edirlər və bu insan haqları da nə imiş? Guya Azərbaycan müharibə əsirlərini saxlayır, guya ermənilərə qarşı qeyri-insani davranış sərgiləyir, guya Qarabağa hücum edib, Qarabağda etnik təmizləmə aparıb və s. bu cür sərsəm ideyalarla dolu bir şər, böhtan məktubudur. Eyni zamanda qardaş Türkiyəyə qarşı da iddialar orada yer alıb. Amerika Birləşmiş Ştatlarından istənilir ki, Türkiyəni 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törətməklə bağlı hərəkətə keçirsin və Türkiyə dövləti bu dırnaqarası soyqırımı rəsmən tanısın. Eyni zamanda, Ermənistanla sərhədlər açılsın, Azərbaycan da sülh müqaviləsi bağlamağa məcbur edilsin. Yəni olduqca sərsəm ideyalarla dolu bir məktubdur və bizim deputatların da qarşılıqlı olaraq belə bir məktub ünvanlaması, əlbəttə ki, ilkin addım olaraq normaldır.".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31