"Elə etməliyik ki, tələbələr iş axtaran yox, iş yeri yaradan kimi yetişsinlər".
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən Təhsilin İnkişafı Forumu 2024-də deyib.
"3000-dən artıq insan SABAH təşəbbüsü çətiri altında müəyyən mənada artıq bu barədə səy göstərib. Onlardan 14-ü kənardan maliyyə cəlb edib, ümumilikdə 8.5 milyon manat dəyərində kənardan maliyyə cəlb edə biliblər. İnanıram ki, bu istiqamətdə yaxın gələcəkdə çox işlər görüləcək. Çünki yeni gələn nəsil fərqli daşüncədədir. Onlar 4 il ali təhsil müəssisəsində mühazirə dinləyib, dərs danışmağa maraqlı deyillər. Dəyişikliklər gedir, bundan sonra da daha yaxşıya doğru olacağına inanıram" -, nazir bildirib.
Firuzə Əliyeva