RU

48 il əvvəl CV göndərdiyi işdən cavab gəldi

İngiltərədən olan bir qadın öz CV-sini göndərdiyi şirkətdə yarım əsr sonra işə götürülüb. Bu barədə NDTV məlumat yayıb. 

Qeyd edilib ki, Böyük Britaniyadan olan 70 yaşlı Tizi Hodson CV-ni təqdim etdikdən 48 il sonra işə götürüləndə təəccüblənib. Təqaüdçü çəkiliş meydançasında kaskadyor kimi işə düzəlmək istədiyini, lakin heç bir cavab almadığını bildirib.

“Həmişə fikirləşirdim ki, niyə heç kim mənə işlə bağlı geri zəng etmir. İndi bunun səbəbini bildim”, - o zarafatla deyib.

Britaniyalı qadın xatırlayıb ki, o zaman o, hər gün poçtunu yoxlayır, ümid edirmiş ki, cavab gələcək. Lakin qadın hər şeyin belə mənfi istiqamətdə getməsinə görə peşman deyil. Heç bir cavab almayan qadın Afrikaya köçüb. O, burada ilanları əhliləşdirib, təyyarədə uçmağı öyrənib və akrobatika üzrə təlimatçı olub.

Tural 

Избранный
21
news365.az

1Источники