RU

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında ÇIXIŞI - VİDEO

Xəbər verdiyimiz kimi oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. 

İlham Əliyev çıxışına Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbriklə başlayıb:

“Hörmətli həmkarlar. Vladimir Vladimiroviç, əvvəlcə, Sizi doğum gününüz münasibətilə bir daha təbrik etmək və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Rusiyanın dost xalqına isə yeni uğurlar və nailiyyətlər arzulamaq istərdim”. 

Daha sonra prezident Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərini xatırladıb:
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib


“Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”.

Bizim.Media

Избранный
98
50
bizim.media

10Источники