RU

Neft Emalı Zavodu ətraf mühiti çirkləndirib

Heydər Əliyev adına Neft Emalı Zavoduna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 9 Oktyabr 2024, 08:10   
Избранный
15
4
pravda.az

8Источники