RU

Bu il Azərbaycandan ən çox uçuşlar Rusiya və Türkiyəyə olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19.7% daha çox (20 165) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin 9 ayında ölkədən ən çox reys Rusiya (5 865) istiqamətində olub.

İkinci yerdə Türkiyə (4 517), üçüncü yerdə isə 2 301 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 5 185, Türkiyəyə 4 329, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 744 olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
19
1
banco.az

2Источники