RU

Sosioloq: “Şəhid analarının göz yaşı qurumayıb, sən kef çəkməyini millətə göstərirsən”

Dəbdəbəli toylar, reklamdan düşməyən müğənnilərin bahalı qızıl zinət əşayları və daim göz önünə gətirilən gəlirləri. Artıq son zamanlar bu kimi xəbərlər gündəmi zəbt edir. Bu isə insanlar tərəfindən birmənalı qarşılanmır. Bəzi insanlar və müəyyən təbəqədən olan şəxslər, tanınmışlar özlərini məhz qazancları, bahalı həyat tərzləri ilə gündəmə gətirirlər. Bu tendensiya insanlar tərəfindən qınanıldıqda isə özlərini haqlı sayıb, insanların onların paxıllığınl çəkdiyini düşünərək şüarlar səsləndirirlər. 

Bəs, cəmiyyətə bu cür yanaşmaların, reklamların qarşısını necə alaq? 

Həyat tərzlərinin reklam edilməsi doğrudurmu? 

Mövzu ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran sosioloq Mail Yaqub bildirib ki, kimlərsə süfrəsinin rəngarəng yeməklərini, sevgilisilə eşq macəralarını, aldığı qiymətli əşyaları başqalarına nümayiş etdirməməlidir:

“İnsanın aldığı həzz onun intim-şəxsi məsələsidir, normal etikası olan şəxs intim məsələsini insanlara nümayiş etdirməz. 

O gün qarşıma çıxmışdı, xaricdə yaşayan, yaşı ötmüş azərbaycanlı iş adamı həyat yoldaşı ilə qucaqlaşmağını nümayiş etdirir. Baxıb məəttəl qalırsan, axı bu nə deməkdir?! 

Şəhid analarının göz yaşı hələ qurumayıb, sən kef çəkməyini millətə göstərirsən. Dəbdəbəli toy məclislərinin, kimin nə qədər nəmər yazdırmasını efirlərdə göstərmək də biabirçılıqdır. Axı bunun adı nədir?  

İnsan buna ad tapa bilmir. Mənəviyyatı kasad olan insanlar yalnız maddiyyatla öyünərlər. Belə səhnələr insanlarda qıcıq və aqressiya yaradır. Ayıbdır”.


Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
47
demokrat.az

1Источники