Müəllif: Gülnar Əhmədli, Banco.az
Avqust ayında fiziki şəxslərin müddətli əmanətləri 1.8% və ya 147.8 mln. manat artıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2.4 faiz bəndi azalaraq 33.9% olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 36.3% təşkil edirdi.