RU

THY-nin kapitan pilotu uçuş zamanı dünyasını dəyişib

Bakı, TurkicWorld

THY-nin Sietl-İstanbul arasında uçan sərnişin təyyarəsinin kapitan pilotu İlçehin Pehlivan uçuş zamanı qəfildən dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabında paylaşım edib.

Açıqlamada Seetl-İstanbul TK204 reysini icra edən, TC-LGR qeydiyyatlı Airbus 350 tipli təyyarənin kapitan pilotu İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib. Kapitana edilən ilk tibbi müdaxilə nəticəsiz qaldığı üçün, 1 kapitan və 1 köməkçi pilotdan ibarət pilot kabin komandası təcili eniş etmək qərarına gəlib. Bütün müdaxilələrə baxmayaraq, kapitan təyyarə eniş etmədən dünyasını dəyişib.

Təyyarə Nyu-Yorka enməyə qərar verib və sərnişinlərin evə qayıtması Nyu-York stansiyası vasitəsilə həyata keçirilməsi planlaşdırılıb. Açıqlamada Türk Hava Yolları ailəsi kapitanın yaxınlarına da baş sağlığı verərək, səbr diləyiblər.

Qeyd edək ki, 2007-ci ildən Türk Hava Yollarında çalışan İlçehin Pehlivanın 59 yaşı var idi.
08 mart 2024-cü il tarixində Mülki Aviasiya Baş İdarəsi tərəfindən icazə verilmiş Aviasiya Tibb Mərkəzində vaxtaşırı sağlamlıq müayinəsi aparılıb və onun səhhətində işləməsinə mane olacaq hər hansı problem aşkar edilməyib.

Избранный
42
turkic.world

1Источники