RU

Kimya üzrə “Nobel” mükafatı laureatları məlum oldu

Amerikalı alim David Beyker, eləcə də britaniyalı tədqiqatçılar Con Camper və Demis Hassabis kimya üzrə 2024-cü ilin “Nobel” laureatları elan edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsi məlumat verib.
 
Məlumata görə, alimlər "zülal strukturlarının kompüter modelləşdirilməsi" və "zülal strukturlarının proqnozlaşdırılması" üzrə işlərinə görə mükafatlandırılıblar. David Beyker bu mükafata hesablamalı zülal dizaynına görə, Demis Hassabis və Con M. Camper isə zülal strukturunun proqnozlaşdırılmasına görə layiq görülüblər.
 
Qeyd edək ki, David Beyker 1962-ci ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Biokimya, genom elmləri, biomühəndislik, kimya mühəndisliyi, kompüter elmləri və fizika üzrə tədqiqatları var.
 
Demis Hassabis 1976-cı ildə Londonda doğulub. O, süni intellekt tədqiqatçısı, nevroloq və kompüter oyunları tərtibatçısıdır. Con M. Camper isə Arkanzas ştatının Litl-Rok şəhərində anadan olub. Amerikanın “DeepMind Technologies” şirkətinin baş elmi işçisidir.
 
Избранный
8
3
moderator.az

10Источники