Xəbər verdiyimiz kimi, tanınmış müğənni Ədalət Şükürov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətini qonaq olduğu verlişlərin birində tənqid edib.
Ə.Şükürov hətta deyib ki, əgər işi bacarmırlarsa, onu çağırsınlar, başa salsın:
"Bizdə bir çox yollar dalanlardan ibarətdir, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar:
"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.
Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.
Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта