AZ

AYNA-dan Ədalət Şükürova cavab: "Hazırıq..."

  Xəbər verdiyimiz kimi, tanınmış müğənni Ədalət Şükürov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətini qonaq olduğu verlişlərin birində tənqid edib.

Ə.Şükürov hətta deyib ki, əgər işi bacarmırlarsa, onu çağırsınlar, başa salsın:

"Bizdə bir çox yollar dalanlardan ibarətdir, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdır".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar:



"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik. 

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı. 

Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik".  

Seçilən
4
1
referans.az

2Mənbələr