“Ali məktəblərin 70%-də süni intellekt araşdırılacaq”

“Azərbaycandakı ali təhsil ocaqlarının 70%-də süni intellekt araşdırılacaq”.

İndex.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Inmerge İnnovasiya Sammitində bildirib.

“Bir universitet isə sırf süni intellektə köklənəcək. Araşdırmalar göstərir ki, 2024-cü ildə IT sahəsində tədqiqatlara ayrılan hər 3 dollardan 1-i süni intellektə yönəlib”, – deyə o bildirib.