RU

Bu il Azərbaycana ən çox uçuşlar Rusiya, Türkiyə və BƏƏ-dən olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19.7% daha çox (20 165) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 9 ay ərzində ölkəyə ən çox reys Rusiya (5 865) istiqamətindən olub.

İkinci yerdə Türkiyə (4 517), üçüncü yerdə isə 2 301 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 5 185, Türkiyədən 4 329, Birləşmiş Ərəb Əmirliklərindən isə 1 744 olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
2
1
banco.az

2Источники