Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19.7% daha çox (20 165) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 9 ay ərzində ölkəyə ən çox reys Rusiya (5 865) istiqamətindən olub.
İkinci yerdə Türkiyə (4 517), üçüncü yerdə isə 2 301 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 5 185, Türkiyədən 4 329, Birləşmiş Ərəb Əmirliklərindən isə 1 744 olub.