RU

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC vətəndaşlar və sahibkarlar üçün “SİMA Token”elektron imzasını onlayn sifariş etmək imkanını yaradıb. Artıqistənilən vaxt www.sima.az saytı vasitəsilə“SİMA Token” elektron imzasını sifariş etmək mümkündür.

Vətəndaşlar sifariş prosesini uğurla tamamlamaq üçün saytdaonlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizlicavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqəməlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonrasifariş üçün müqavilə “SİMA İmza” ilə imzalanır. Vətəndaşlar üçün 3illik Token imzasının məbləği 18 AZN təşkil edir.

Sahibkarlar isə “SİMA Token” imzası sifariş etmək üçün şəxsiyyətvəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılmaünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeydetməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi“SİMA İmza” ilə imzalanır. Sahibkarlar üçün 3 illik Token imzasınınməbləği 36 AZN-dir.

Qeyd edək ki, buna qədər “SİMA Token” sifariş etmək üçünvətəndaşlar və sahibkarlar xidmət məntəqəsinə getməli olurdular.İndi isə imzanı onlayn sifariş etməklə istifadəçilər satışməntəqələrinə getmədən və növbə gözləmədən vaxta qənaət edirlər.Elektron imza hazır olduqdan sonra isə onu təhvil almaq üçünseçdikləri poçt məntəqəsinə yaxınlaşmaq kifayətdir.

“SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük vəinkaredilməzlikdir. Tokendən elektron imza tələb olunan bütünsahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka kreditimüraciətlərində, elektron məhkəmə sistemi, mobil notariat, ƏMAS,bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.

“SİMA Token”dən istifadə üçün ardıcıl olaraq imzalayıcı proqramtəminatını, “driver”i və mərkəzi sertifikatı yükləyib quraşdırmaq lazımdır.Daha sonra “SİMA Token”i kompüterə qoşmaqla istənilən sənədi onlaynqaydada imzalamaq mümkündür. Elektron imza ilə bağlı daha ətraflıməlumatı www.sima.az saytından vəya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Избранный
11
13
az.trend.az

10Источники