RU

İqlim dəyişikliyi gələcək təhdid deyil - Nigar Arpadarai

Bakı. Trend:

Biz tərəflərə dəstək göstəririk ki, onlar Paris sazişininöhdəliklərini yerinə yetirsin.

Trend xəbər verir ki, bubarədə COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəlilideri (UN Climate Change High-Level Champion) Nigar ArpadaraiBMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı(Pre-Cop29) çərçivəsində keçirilən “TROİKA Missiya 1.5 üçün YolXəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması” adlı dəyirmi masadaçıxışı zamanı deyib.

O qeyd edib ki, yerli icmalar və vətəndaş cəmiyyəti iqlimdəyişikliyi planlarına töhfə verə bilər.

“İqlim dəyişikliyi gələcək təhdid deyil. Artıq milyonlarlainsanın həyatına təsir edən cari təhdiddir. Biz bunun qarşısınıalmaq, müzakirələr aparmaq üçün toplanmışıq. İqlim dəyişikliyiçempionları olaraq bizim üçün xüsusi sahələr var. Biz daha çoxşəhərlər, vətəndaş cəmiyyəti ilə işləyirik.

COP29-a özəl sektoru cəlb etmək istəyirik. Onlar iqlim maliyyəsiilə bağlı öhdəliklərini göstərməlidir. Özəl sektorun kapitalınaehtiyacımız var”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilənPreCOP29 iclası keçirilir.

Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təminedilməsi” devizi ilə baş tutur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Избранный
43
50
az.trend.az

10Источники