RU

“Panatinaikos”un futbolçusu hovuzda boğulub öldü

“Panatinaikos”un futbolçusu 31 yaşlı Corc Baldok dünən axşam Yunanıstanın paytaxtı Afinadakı evinin hovuzunda ölü tapılıb.

Lent.az bildirir ki, Baldokun övladı ilə İngiltərədə yaşayan həyat yoldaşı dünən gün ərzində onunla əlaqə saxlaya bilməyib.

Qadın ərinin qaldığı evin sahibinə zəng edərək ondan məlumat almaq istəyib. Ev sahibi ünvana gedib və Baldokun meyitini hovuzda tapıb.

Məlumata görə, Baldokun bədənində heç bir xəsarət və ya zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Baldokun yaşadığı evin qarşısına onun “Panatinaikos”dan olan komanda yoldaşları, eləcə də məşqçiləri, həmçinin klub rəhbərliyinin bir neçə üzvü və azarkeşlər toplaşıb.

Hazırda araşdırma aparılır.

Избранный
23
medianews.az

1Источники