RU

Məsləhəti "sev!" olan əfsanəvi müğənni Edit Piaf haqqında BİLMƏDİKLƏRİNİZ

1963-cü ilin 10 oktyabrında dünya daha bir unudulmaz səsi itirdi. O, 48 yaşında qaraciyər xərçəngindən vəfat etdi... Söhbət fransız müğənni Edit Piafdan gedir.

 

Sfera.az onunla bağlı qısa və maraqlı məlumatları təqdim edir.

 

Sənətçi ailəsi…

 

Edit Piaf sənətkar ailəsində dünyaya göz açıb. Piaf 19 dekabr 1915-ci ildə Parisin Belleville şəhərində anadan olub. Anası Annetta Covanni Maillard yarı italyan-yarı mərakeş əsilli bir köçəri tayfadan idi. Atası Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz olub. Editin atası müharibəyə gedən zaman anası onu əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz tutur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada keçir. Daha sonra atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanır. Editin küçələrdə ifa etdiyi mahnı isə Fransanın milli himni olan “La Marseillaise” idi. 

 

Kor olmaq təhlükəsi…

 

Edit Piaf çox gənc yaşda kor olmaq təhlükəsi ilə üz-üzə idi. Müəyyən müddət bu xəstəliklə mübarizə apardı. Bir müddət sonra gözləri yenidən yaxşılaşdı. Xoşbəxtlikdən onun gözlərinə heç bir ziyan dəymədi.

 

Və şans qapıda…

 

Atası onun gənc yaşlarında akrobatika ilə məşğul olmasını istəyirdi. Lakin Edit bu fikrin əleyhinə idi. Sevdiyi və ən yaxşı bildiyi işi gördü.Yavaş-yavaş küçələrdə mahnı oxumağa başladı. Onu eşidən hər kəs səsindən hədsiz təsirlənirdi. Yoxsulluq və sıxıntı içində keçən həyatı isə 1935-ci ildə Luis Leplenin onu kəşf etməsindən sonra dəyişdi. Luis Editi öz məkanında oxumağa razı salmağa çalışır və buna nail olur. Qısa zamanda Edit çox sevilir və bir gecədə xeyli şöhrət qazanır. Lakin Editin nüfuzu Leplenin qəfil ölümündən sonra zərbə altında qalır. Belə ki o, cinayətə görə dəfələrlə sorğuya aparılır, insanlar Editin mahnılarını dinləməkdən imtina edir, hətta səsini belə eşitmək istəmirlər. 

 

 

Şöhrətə dönüş…

 

Buna baxmayaraq, vaxtilə Raymond Asso ilə tanış olması Editi ikinci dəfə xilas edir. Piaf Assoya zəng edir və beləcə, onun karyerasında köklü və sağlam dəyişikliklər başlayır. Raymond Editin karyerasındakı gördüyü bütün nöqsanları deyir və bunları aradan qaldırmaq üçün birlikdə çətin yola çıxırlar. Piaf onun sayəsində yenidən şöhrətini geri qaytarır. O, təkcə musiqi ilə deyil, həm də tamaşalar və filmlərlə tanınmağa başlayır.

 

 

Kədərli ölüm…

 

Edit Piaf 1963-cü ildə Fransada qaraciyər xərçəngindən dünyasını dəyişib. Onun dəfn mərasimində on minlərlə insan iştirak edib. Qəbiristanlığa 100 mindən çox insan axın edib. İddialara görə, İkinci Dünya müharibəsinin bitməsindən bəri bütün Parisin nəqliyyatını tamamilə bağlayan başqa bir hadisə baş verməyib. Editin sonuncu müsahibəsindəki dialoqu isə belə olub:

 

- Bir qadına hansı məsləhəti verərdiniz?


-  Sev.


- Bəs gənc qıza?


-  Sev.


- Bəs uşağa?


- Sev. 

 

Türkan 
 

Избранный
96
50
sfera.az

10Источники