RU

"Barselona"ya pulsuz transfer edilən Voyçex Şesnının siqarət çəkdiyi bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Karyerasını bərpa edərək "Barselona"ya transfer edilən qolkiperin siqaret çəkdiyi bəlli olub.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, Voyçex Şesnı siqaret çəkməsinin futbol oynamasına heç bir maneçilik törətmədiyini bildirib.
"Bunlar şəxsi həyatımda dəyişdirmədiyim şeylərdir və siqaret çəkməyim heç kimin işi deyil. Düşünürəm ki, mənə təsir etmir və futbol meydançasında etdiyim iş göz qabağındadır. Ən azından mən bunu uşaqların gözü qarşısında etmirəm. Bəzən kimsə mənim onları görmədiyim yerdə ağacların arxasında gizlənərək şəklimi çəkir. Mən bunu gizlətməyə və insanlara göstərməməyə çalışıram".
Qeyd edək ki, Şesnı "Barselona" klubunun təklifindən sonra karyerasını bərpa edərək Ter Ştegenin zədəsi sağalanadək "kataloniyalılar"ın şərəfini qorumaq qərarına gəlib.
Избранный
41
50
oxu.az

10Источники