Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verildi
2024-cü il ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi sosial media hesablarında məlumat dərc olunub. Komitə oktyabrın 10-da cənubi koreyalı yazıçı Han Qanın 2024-cü il ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyünü elan edib. O, “güclü poetik nəsri” ilə seçildiyi üçün bu mükafata layiq görülüb.