RU

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.
"Report" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb.
Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb.
Избранный
25
35
oxu.az

10Источники