RU

"Simpsonlar" gələcəyi necə təxmin ediblər?

 "Simpsonlar"ın prodüseri gələcəyi necə təxmin etdiklərini açıqlayıb.

Bildiyiniz kimi belə videolar məşhur olur və camaat "Simpsonlar"ı masson kimi görür. Amma məsələ, əslində, belə deyil.

News365.az xəbər verir ki, baş prodüser Matt Selman gələcəkdə baş verə biləcək hadisələri təxmin etməyin düşündüyümüz qədər möcüzəvi olmadığını bildirir.

People jurnalına verdiyi yeni müsahibəsində Selman deyir ki: "Həmişə verdiyim və heç kimin xoşuna gəlməyən darıxdırıcı cavab odur ki, əgər tarixi və riyaziyyatı öyrənsəniz, bəzi şeyləri təxmin etməyin qeyri-mümkün olmadığını görərsiniz."

"Əgər kifayət qədər çox şey desəniz, bəziləri reallıqla üst-üstə düşəcək və bu, riyaziyyatın bir hissəsidir."

Qısaca, demək istəyir ki, 36 ildir serial çəkirik. Yüzminlərlə səhnə var. Bir neçəsinin real hadisələrlə üst-üstə düşməsi riyazi olaraq mümkündür.

Избранный
19
news365.az

1Источники