Ədəbiyyat üzrə Nobel mükafatı koreyalı Han Qanqa verilib.
Reyting.az-ın məlumatına görə, İsveç Kral Elmlər Akademiyasının təqdim etdiyi 2024-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatını Cənubi Koreyadan olan yazıçı Han Qanq qazanıb.
İsveç Akademiyası üzvlərinin qərarı oktyabrın 10-da açıqlanıb. Münsiflər heyəti onun "tarixi travması ilə üzləşən, insan həyatının kövrəkliyini üzə çıxaran zəngin, poetik nəsrini" yüksək qiymətləndirib.
Yazıçı Han Qanq 1970-ci ildə Qvanqjuda şəhərində anadan olub. Qanq yazıçı kimi həm də 2016-cı ildə yüksək tirajla çap olunmuş "Vegetarian" romanına görə Beynəlxalq Buker mükafatının qalibidir. Müəllifin bu oxunaqlı əsəri ilə bərabər "İnsan hərəkətləri" romanı bir çox dillərə tərcümə olunub.