Bakı. Trend:
İspaniya Krallığı Futbol Federasiyası ölkə Superkuboku finalınınqaydaları ilə bağlı dəyişiklik edib.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, həlledici oyunda əlavə vaxt ləğv olunub.
Federasiyanın komissiyası yarış qaydalarının dəyişikliyi iləbağlı təklifi qəbul edib. Bunda sonra final matçı heç-heçəyekunlaşarsa, birbaşa penalti zərbələri yerinə yetiriləcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2019/2020 mövsümdən 4komandanın iştirakı ilə keçirilib. Son qalib "Real" olub.