RU

Bəy öz toyunda da noutbukda işlədi - SƏRT TƏNQİD OLUNDU + FOTO

Sosial şəbəkə istifadəçiləri öz toyu zamanı noutbukda işləyən bəyi sərt tənqid ediblər.   Manset.az Publika.az-a  istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, bəy Keysi Makkrellin toyu zamanı noutbukda işlədiyi fotosu internetdə yayıldıqdan sonra müzakirələrə tuş gəlib. Fotonun müəllifi həmin şəxsin həmkarı Torrey Leonard olub. "Keysi hətta tətillərdə belə məşğul olan "noutbuk adamı" kimi şöhrət qazandı", - Leonard deyib. Şərhlərdə bir çox istifadəçi K.Makkrellin hərəkətindən çaşqınlıq yaşadığını və qəzəbləndiyini bildirib. İzləyicilər deyiblər ki, bəy belə bir gün üçün bütün işlərini kənara qoya bilərdi. "Bu, öz bayramınıza hörmətsizlikdir", - istifadəçilərdən biri yazıb.

Keysi özü hərəkətini şirkətin məhsullarından birinin təcili bazara çıxarılması ilə izah edib.

Избранный
84
4
manset.az

10Источники