RU

UEFA Millətlər Liqasında III turun oyunları keçirilib - YENİLƏNİB

Yunanıstan millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda İngiltərə millisini sensasiyalı şəkildə məğlub edib.

“Report” xəbər verir ki, Londonun “Uembli” stadionunda baş tutan görüş 2:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada ilk qolu oyunun 49-cu dəqiqəsində Konstantinos Koulierakisin ötürməsindən Vanqelis Pavlidis vurub.

İngilislər yalnız 88-ci dəqiqədə hesabı bərabərləşdirə bilib, Jud Bellinqem fərqlənib. Qələbə qolunu 90+4-cü dəqiqədə Pavlidis dubl edərək rəqibin qapısından keçirib.

İtaliya və Belçika millilərinin matçında isə qalib müəyyənləşməyib. Romanın “Olimpiko” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Hesabı 1-ci dəqiqədə İtaliya açıb, Andrea Kambiaso fərqlənib.

Oyunun 24-cü dəqiqəsində italyanlar Mateo Reteqinin qolu sayəsində fərqi artırıb. Belçika millisindən 42-ci dəqiqədə Maksim De Kyper, 61-ci dəqiqədə isə Leandro Trossard fərqlənib.

Fransa da İsraili məğlub edib, görüş 4:1 hesabı ilə başa çatıb. İrlandiya Finlandiyadan güclü olub - 2:1. Norveç Sloveniyaya 3:0 hesabı ilə qalib gəlib. Qazaxıstan Avstriyaya böyük hesabla uduzub - 0:4. Farer adaları və Ermənistan qalibi müəyyən etməyiblər - 2:2. Cəbəllütariq San Marinodan güclü olub - 1:0. Millətlər Liqasının III turu oktyabrın 12-dək davam edəcək.

2024-10-10 22:48

UEFA Millətlər Liqasında III turun iki oyunu keçirilib.

"Report" xəbər verir ki, C Liqasının IV qrupunda Şimali Makedoniya səfərdə Latviyaya qalib gəlib - 3:0.

D Liqasının II qrupunda isə Moldova doğma meydanda Andorranı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan millisi sabah Estoniyada yerli komandanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Избранный
30
1
far.az

10Источники