RU

Tələbə nişan mərasimi zamanı ürəktutmadan öldü - FOTO

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu Sərvət İbrahimov vəfat edib.

Avtosfer.az xəbər verir ki, bu haqda NDU-nun sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan S. İbrahimov dünən nişan mərasimi zamanı qəflətən halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

Qeyd edilib ki, Sərvət 2020-2024-cü illərdə 4 dəfə Heydər Əliyev, 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülüb. O, 2024-cü ildə incəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.

Ali

Избранный
11
7
avtosfer.az

9Источники