RU

Mərsində tarixi kitabxanada yanğın

Mərsində

Türkiyənin Mərsin şəhərinin Akdeniz rayonunun Cami Şerif məhəlləsində yerləşən tarixi Xalq Kitabxanasında gecə saatlarında yanğın baş verib. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Posta gazetesi” məlumat yayıb. Məlumatda qeyd edilir ki, naməlum səbəbdən başlayan yanğın qısa müddətdə böyüyüb və alov binanı bürüyüb. Mərsin Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları bölgəyə sövq edilib. Çox sayda yanğınsöndürmə briqadası yanğını söndürmək üçün işə başlayarkən polis qrupları da ətrafda təhlükəsizlik tədbirləri görüb.

Избранный
21
xalqcebhesi.az

1Источники