RU

İqlim dəyişikliyi qlobal həmrəyliyi həyat tərzinə çevirir

Hesablamalara əsasən, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə yüksəlib. Bunun əsas səbəbi isə istilik effekti yaradan qazların – karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor–fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlı olub. Sənaye dövrünü əhatə edən son 250 ildə isə atmosferdə məhz karbon qazının ümumi miqdarının 28 faiz, metanın 60 faiz artması qeydə alınıb.

Əgər 30 il əvvəl atmosferə ildə 33 milyard ton karbon qazı buraxılırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur. Bu gün karbon qazı konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində qeydə alınan, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə olunan ən yüksək səviyyədədir. İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm qərarlar qəbul edilməli, bunun üçün birgə fəaliyyət göstərilməlidir. Yalnız bu yolla vəziyyət düzəldilə və bəşəriyyət fəlakətdən xilas edilə bilər.

Onun sözlərinə görə, enerji sistemlərində qalıq yanacaqlardan istifadəni məhdudlaşdırmaq, günəş və ya külək kimi bərpaolunan enerji mənbələrinə keçmək nəticəsində iqlim dəyişikliyinin fəsadları aradan qaldırılacaq, bununla da tullantıları azaltmaq mümkün olacaq. Ümumiyyətlə, iqlim dəyişikliyinin təsirlərini zəiflətməklə insanlar, onların evləri, biznesləri, yaşayış vasitələri, infrastruktur və təbii ekosistemləri qorunacaq. Şübhəsiz ki, bu fəaliyyət təkcə bu günü deyil, gələcəyimizi də bəlalardan xilas edəcək.

İqlim dəyişmələri ilə mübarizə tədbirləri hökumətlərdən və bizneslərdən əhəmiyyətli maliyyə sərmayəsi tələb edir. Ancaq iqlimə təsirsizliyin dəyəri daha yüksəkdir. Çətin addımlardan biri də inkişaf etməkdə olan ölkələrin “yaşıl” iqtisadiyyata keçə bilməsi üçün onlara il ərzində 100 milyard ABŞ dolları ayırmaq üzrə öhdəliklərin yerinə yetirilməsidir.

Aparılan araşdırmalara əsaslanaraq qeyd edə bilərəm ki, son illər ərzində ölkəmizdə uğurlu ekoloji siyasətin gerçəkləşdirilməsi – müasir texnologiyaların tətbiq olunması, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutun daha təmiz yanacaqla –təbii qazla əvəzlənməsi ilə müsbət göstəricilərə nail olunub. Eyni zamanda, məişət tullantılarının reallaşdırılmasının təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, beynəlxalq təcrübə əsasında aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması, az karbonlu enerji səmərəliliyi kimi önəmli məsələlər də diqqətdə saxlanılıb.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 illik işğalın ağır nəticələri aradan qaldırılır, SMART infrastrukturun formalaşması istiqamətində mühüm layihələr gerçəklədirilir, “yaşıl” enerji zonası yaradılır, “ağıllı” şəhər və kəndlər salınır.

S.Heydərov bildirib ki, hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli adaptasiya planı” və digər önəmli sənədlərin hazırlanır.

 

Избранный
95
38
xalqqazeti.az

10Источники