RU

Millimiz bu gün Estoniya ilə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.
 
Moderator.az xəbər verir ki, C Liqasının 1-ci qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Tallində gerçəkləşəcək matçı İrlandiyadan olan Rob Harvi idarə edəcək. Qrupun saat 22:45-də başlayacaq digər oyununda Slovakiya İsveçi qəbul edəcək.
 
UEFA Millətlər Liqası
 
C Liqası, 1-ci qrup
 
III tur
 
20:00. Estoniya - Azərbaycan
 
Baş hakim: Robert Harvi (İrlandiya).
 
Tallin, "A.Le Koq Arena”.
 
Qeyd edək ki, iki turdan sonra İsveç və Slovakiya 6 xalla ilk pillələri bölüşürlər. Hər iki matçda uduzan Azərbaycan və Estoniya kollektivləri 3-4-cü yerdə qərarlaşıblar.
 
Избранный
2
23
moderator.az

10Источники