RU

Putin: Planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı yaranır

Putin: Planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı yaranır

Rusiya prezidenti Vladimir Putin planetin müxtəlifliyini əks etdirən yeni dünya düzəninin formalaşdığını bəyan edərək, “Bu, təbii və dönməz bir prosesdir” deyib.Kreml Sarayından verilən açıqlamaya görə, Putin Türkmənistanın paytaxtı Aşqabadda türkmən şairi Mahtumqulu Firakinin 300 illik yubileyi münasibətilə keçirilən "Zaman və Sivilizasiyanın Əlaqəsi - Müasir Dünya və İnkişaf Forumunun təməli" adlı tədbirdə iştirak edib.Putin buradakı çıxışında Mahtumqulu Firakinin Türkmənistana zəngin irs qoyub getdiyini və əsərlərinin türkmən ədəbiyyatının əsasını təşkil etdiyini ifadə edərək, “İkinci Dünya Müharibəsi illərində türkmən əsgərlərinə yazılan məktublarda ruh yüksəkliyi üçün Firakinin şeirlərindən sətirlər də yer alıb" deyə bildirib.Firakinin uzun müddət Rusiyanın Həştərxan vilayətinin Funtovo kəndində yaşadığını xatırladan Putin bu kənddə türkmən diasporunun bu gün də varlığını davam etdirdiyini, 2019-cu ildə burada Firakinin adını daşıyan məktəbin istifadəyə verildiyini, Həştərxan şəhərində Firakinin heykəlinin ucaldıldığını və əsərləri rus dilinə tərcümə edildiyini bildirib. Dünyadakı vəziyyəti dəyərləndirən Putin, "Dünya sivilizasiyaların bölünməsi və etnik və dini qruplar arasında qarşıdurmalardan doğan görünməmiş təhlükələrlə qarşı-qarşıyadır. Beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə qədəm qoyub. Bu dövrdə planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır" ifadələrini işlədib.Şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlərin yarandığını bildirən Putin, "Bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə və milli maraqlara uyğun inkişaf yolları tapmağa çalışır" deyib.Aktivlərin ədalətli bölüşdürülməsi, beynəlxalq həyatın konstruktiv demokratikləşməsi və çoxqütblü dünya nizamında qarşılıqlı fəaliyyətin tərəfdarı olduqlarını bildirən Putin, BRİKS sammitinin oktyabrın 22-24-də Tatarıstan Respublikanın paytaxtı Kazanda keçiriləcəyinə diqqət çəkib.Mənbə: AA

Избранный
19
1
afn.az

3Источники