İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq.
APA xəbər verir ki, bu barədə Almaniyadan olan nümayəndə Cenifer Morqan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.
O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük maliyyəçisidir:
“Biz sadəcə ümid edirdik ki, builki COP-da maliyyəni artıra və başqalarını da bunu etməyə təşviq edə bilərik. Bir qrup inkişaf etmiş ölkə hazırda COP28-də tələb olunduğu kimi uyğunlaşma maliyyəsi üzrə irəliləyiş haqqında hesabat hazırlayır və biz ümid edirik ki, bu, həqiqətən də güclü mübadilə ola bilər”