RU

Milton qasırğasından sonra insanlar evlərinə qayıtmağa başlayıb

ABŞ-nin Florida ştatının Siesta Key bölgəsinə 3-cü kateqoriya kateqoriyası ilə çatan Milton qasırğası böyük dağıntıları geridə qoyub və bölgədən təxliyə edilənlər evlərinə qayıtmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Washington Post" qəzetinin yazdığına görə, əsrin qasırğası olacağı gözlənilən Milton ilkin hesablamalara görə 14 nəfərin ölümünə səbəb olub.

Dənizdə iki dəfə 5-ci kateqoriyaya yüksələn, lakin 3-cü kateqoriya olaraq Florida sahillərinə vuran Milton qasırğası ştatda güclü küləklər gətirib və dağıntılara səbəb olan çoxlu tornadoların yaranmasına təkan verib.

Səlahiyyətlilər qasırğanın bölgəni tərk etməsindən sonra vətəndaşlara suların qalxması və daşqın təhlükələri barədə xəbərdarlıq edib. 14 nəfərin həyatını itirdiyi əyalətdə axtarış-xilasetmə işlər davam edir.

Həmçinin, cümə günü səhər saatlarından etibarən ştatın hava limanlarında uçuşların tədricən bərpa ediləcəyini bildrilib.

Əli Hüseynov

Избранный
17
1
bakivaxti.az

2Источники