RU

DİQQƏT! Prezident İlham Əliyevlə Ermənistan baş nazirinin görüşü gözlənilir...

Məlum olduğu kimi oktyabrın 8-də Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Sammitdə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri də iştirak edib. 

Proqnozlara görə üçtərəfli görüş olmalı idi. Nə üçün Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyada üçtərəfli görüşü mümkün olmadı?      


Mövzu ilə bağlı politoloq Anar Əliyev Referans.az" target="_blank">Referans.az -ın suallarını cavablandırarkən bildirib ki,  sözügedən sammitdə bu görüşün olacağına ehtimal var idi. Rusiya bununla da Qərb və rəqiblərindən bu istiqamətdə bir addım öndə olduğunu nümayiş etdirməyə çalışacağı gözlənilirdi. Təbii ki, Ermənistanın bu günə qədər sərgilədiyi destruktiv mövqe, Moskva səfərindən əvvəl Paşinyanın Parisə getməsi Moskvadakı üçtərəfli görüşü ciddi sual altına qoyurdu. Baş verənlər də onu göstərdi ki, Ermənistan və onun havadarları Cənubi Qafqazda münasibətlərin normallaşmasını istəmir. 




Politoloq vurğulayıb ki, Ermənistan çox təəssüflər ki, regionun maraqlarına deyil özünə ağa bildiyi qüvvələrin maraqlarına xidmət etməkdədir.  Paşinyan Azərbaycan dövlət başçısının ünvanladığı haqlı suallara cavab verə bilmədiyi üçün görüşdən boyun qaçırdı.  Sülh müqaviləsi ilə bağlı hələ də Ermənistan tərəfindən Azərbaycan torpaqlarına ərazi iddiaları var. 


Anar Əliyev onu da qeyd edib ki, bu görüşün baş tutmamasında digər mühüm səbəb isə Zəngəzur  dəhlizi ilə bağlıdır. Lakin Ermənistan bu məsələdə Azərbaycan və Rusiyanın qarşısında davam gətirə bilməyəcəyi üçün görüşdən yayınır. 


Bununla belə politoloq bildirib ki, Rusiya rəhbəri ilə Paşinyanın görüşündə bir sıra zəruri məqamlar müzakirə edilib. Xüsusilə də Qərb ölkələrinin bölgəmizdə destruktiv mövqelərinə qarşı Rusiyanın mövqeyi ifadə edilibdir. 


"Böyük ehtimalla yaxın zamanlarda BRİKS- in Rusiyada keçiriləcək görüşündə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər. Bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması üçün Rusiya da daxil olmaqla hər hansısa vasitəçiyə ehtiyac yoxdur.  Bu fakt Ermənistan tərəfindən dərk edilməyənə qədər sülh sazişinin imzalanması istiqamətində əhəmiyyətli dərəcədə nəticələrin əldə olunması real görünmür",- deyə politoloq əlavə  edib.



Bünyamin Bünyadzadə

Referans.az





Избранный
11
1
referans.az

2Источники