RU

Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişli şərait yaratmalıyıq - Peter Mixalko

Bakı. Trend:

Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişlişərait yaratmalıyıq

Trend xəbərverir ki, bu barədə Avropa İttifaqının AzərbaycandakıNümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29)çərçivəsində keçirilən panel iclası zamanı çıxışında deyib.

"2023-cü ilin mart ayında biz Paris Sazişində müəyyən edilmişiqlim hədəfinə çatmaq məqsədi ilə yola başladıq.

Bu hədəf 2030-cu ilə qədər enerji səmərəliliyini iki dəfəartırmaq kimi konkret qlobal məqsədə daxil edilib. COP28-də dünyabu iddialı hədəflərin arxasında birləşdi. COP28 ruhunu canlısaxlamaq və BƏƏ konsensusa nail olmaq üçün biz təmiz enerjikeçidində dünyanın tərəqqisini sürətləndirməliyik.

Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişlişərait yaratmalıyıq. Bu, bərpa olunan enerji layihələri üçün icazəprosedurlarının sürətləndirilməsi və şəbəkələrimizdə bərpa olunanenerjinin daha çox mənimsənilməsi üçün şərait yaradılmasıdeməkdir.

Təmiz enerjiyə keçid, xüsusən də əlverişli kapitalın az olduğuregionlarda böyük investisiyalar tələb edəcək. Dövlət maliyyəsimühüm rol oynayacaq, lakin biz özəl kapitalı da səfərbəretməliyik",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Избранный
97
43
az.trend.az

10Источники